Qətər ABŞ-dan 12 milyardlıq qırıcı təyyarə alır - (VİDEO)

Qətər ABŞ-dan 12 milyardlıq qırıcı təyyarə alır - (VİDEO)
  15 İyun 2017    Oxunub:5163
Qətər hökuməti ABŞ ilə 36 ədəd F-15 qırıcı təyyarəsinin alınmasına dair razılığa gəlib.

AzVision.az xəbər verir ki, Qətərin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, razılşamanın ümumi dəyərinin 12 milyard dollardır.
Saziş Pentaqon rəhbəri Ceyms Mettis və Qətər nümayəndələri iyunun 14-də imzalayıb.

Qeyd edək ki, 2016-cı ilin noyabrında ABŞ Dövlət Departamenti Qətərə 72 ədəd F-15 qırıcı təyyarələrin satılması barədə qərar qəbul edib. Razılaşmanın məbləği 21,1 milyard dollar təşkil edib.




Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Qətər   Qırıcı  





Xəbər lenti