Almaniyada atışma, yaralılar var - Fotolar

Almaniyada atışma, yaralılar var - Fotolar
  13 İyun 2017    Oxunub:1603
Almaniyanın Münhen şəhərində elektrik qatarı stansiyalarının birində silahlı insident baş verib.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, atışma nəticəsində biri qadın polis olmaqla üç nəfər yaralanıb.



Məlumata görə, insident qatarda sənədlərin yoxlanması zamanı baş verib. Belə ki, hadisəni törədən şəxs silahı polisdən zorla alıb və insanlara atəş açmağa başlayıb. O, saxlanılıb



Qeyd olunub ki, atəşi açan şəxs də yaralı vəziyyətdə saxlanılıb. Stansiyada artıq evakuasiya həyata keçirilib. Polis vəziyyətin nəzarət altında olduğunu bildirib.



AzVision.az



Teqlər: Almaniya   atışma  





Xəbər lenti