Qətərə uçuşlar bərpa edilir - Səudiyyə razılıq verdi

Qətərə uçuşlar bərpa edilir - Səudiyyə razılıq verdi
  13 İyun 2017    Oxunub:2167
Birləşmiş Ərəb Əmirlikləri üçüncü ölkələrdən olan aviaşirkətlərə Qətərə və oradan uçuş zamanı öz hava məkanlarından və aeroportlarından istifadə etməyə icazə verib.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə BƏƏ Mülki Aviasiya İdarəsi bəyanat yayıb.

Anoloji qərar Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi tərəfindən də qəbul edilib.

Bundan başqa yeni dəyişikliklərə görə, Qətər aviasiyası tərəfindən həyata keçirilən reyslər istisna olmaqla özəl və çarter reyslərin Qətərə gedərkən və ya oradan gələrkən BƏƏ hava məkanına daxil olmasına icazə verilib.

Lakin bunun üçün uçuşdan 24 saat əvvəl xəbərdarlıq edilməli, sərnişinlərin adları, yükün xarakteri daxil olmaqla reyslə bağlı tam məlumat verilməlidir.

AzVision.az


Teqlər: BƏƏ   Qətər  





Xəbər lenti