Putindən sensasion açıqlamalar: “ABŞ bu gün tələyə düşüb”

Putindən sensasion açıqlamalar: “ABŞ bu gün tələyə düşüb”
  13 İyun 2017    Oxunub:8063
“Əl-Qaidə” və Bin Ladeni amerikalılar özləri yaradıb.
AzVision.az-ın “Ria Novosti”-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Oliver Stouna müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, Əfqanıstanda Sovet müharibəsi dövründən, Amerika xüsusi xidmət orqanları Əfqanıstanda sovet qoşunlarına qarşı mübarizədə islam fundamentalizminin müxtəlif istiqamətlərini dəstəklədikləri zamandan başlayıb: “Sonra isə proseslər nəzarətdən çıxıb. Bu daim belə olur. ABŞ bunu bilməli idi, bu onların günahıdır”.

Putin bildirib ki, Rusiya bir çox tərəfdaşlardan fərqli olaraq digər ölkələrin daxili proseslərinə qarışmır: “Biz bir çox tərəfdaşlarımızdan fərqli olaraq digər ölkələrin daxili proseslərinə heç vaxt qarışmırıq. Bu, bizim iş prinsiplərimizdən biridir. SSRİ-nin dağıldığı vaxtda belə bir xəyal yarandı ki, indi ABŞ hər şey edə bilər və buna görə onlara heç nə olmayacaq. Bu isə həmişə tələ olur. Çünki bu vəziyyətdə həm insan, həm dövlət səhvlərə yol verməyə başlayır. Ölkə başlayır səmərəsiz fəaliyyət göstərməyə. Səhvlər bir-birini əvəz edir. Bax, mənə elə gəlir ki, ABŞ bu gün belə bir tələyə düşüb”.

Putin, həmçinin ABŞ-ın Rusiya ilə bağlı siyasi planları haqda danışıb: “ABŞ Rusiya iqtisadiyyatını məhv etmək, ölkə rəhbərliyini dəyişdirmək və nəticədə ölkənin nüvə arsenalını ələ keçirmək istəyir. Belə bir niyyətin və siyasətin mövcudluğu mümkündür. Əgər doğrudan da belədirsə, Rusiyaya qarşı bu cür yanaşma gələcəyə köklənməyib. Bu fikirdə olanlar azı 25-50 il irəliyə nəzər yetirmirlər. Əks halda Rusiya ilə münasibətləri başqa cür qurardılar”.

AzVision.az


Teqlər: Rusiya   ABŞ   Putin  





Xəbər lenti