Ermənilər Ağdamda yeni təxribatlara əl atır

Ermənilər Ağdamda yeni təxribatlara əl atır
  12 İyun 2017    Oxunub:2158
“Ermənilər illərdir ki, işğal altında olan bölgələrimizdə yanğınlar törədirlər. Düşmən bununla flora və faunanı məhv edir”.
Bunu AzVision.az-a açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

İcra başçısının sözlərinə görə, düşmən tərəfi hər il bu vaxtlar yanğın törədərək görmə zolağını açmağa çalışır.

“Bu, ermənilərin növbəti təxribatıdır. Onlar çirkin niyyətlərindən əl çəkmirlər. Yanğın bizim nəzarətimizdə olan ərazilərə keçməyib. Təmas xəttində taxıl, arpa sahələrimiz var. Bu sahələrə yanğın keçə bilər. Vəziyyəti nəzarətdə saxlayırıq. Buna baxmayaraq güclü külək olsa, yanğının bizim sahələrə keçmə ehtimalı yüksəkdir”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri son günlər Ağdam rayonunun işğal altında olan kəndlərində yanğınlar törədirlər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ağdam   Ermənistan   Qarabağ   İcra-başçısı  





Xəbər lenti