Türkiyənin Qətərə ordu göndərməsinin səbəbi

Türkiyənin Qətərə ordu göndərməsinin səbəbi
  11 İyun 2017    Oxunub:1272
"Türkiyə üçün Fars Körfəzi regionunda təhlükəsizlik və sabitlik onun öz sabitliyi və təhlükəsizliyinə bərabərdir".
Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Bəhreynli həmkarı Xalid bin Əhməd Bin Al Xəlifə ilə birgə mətbuat konfransında deyib.

Türkiyə Xarici İşlər naziri deyib: "Türkiyə bu günə qədər bölgədə qardaşlıq münasibətlərinin bərqərar olunması üçün çox səylər göstərib. Qətərdə yaradılan Türkiyə hərbi bazası bütün regionun təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Bu addım konkret hansısa ölkəyə qarşı yönəlməyib və əvvəllər Türkiyə və Qətər arasında olan sazişdən irəli gəlir". (Trend)

AzVision.az


Teqlər: Türkiyə   Qətər  





Xəbər lenti