Çavuşoğlu Azərbaycana başsağlığı verib

Çavuşoğlu Azərbaycana başsağlığı verib
  10 İyun 2017    Oxunub:1266
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu energetika naziri Natiq Əliyevin vəfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
AzVision.az xəbər verir ki, türkiyəli nazir bildirib:

“İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevə Allah rəhmət etsin. Ailəsinə və Azərbaycan xalqına başsağlığı verirəm”.

Eyni zamanda Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycanın energetika naziri Natiq Əliyevin ölümü ilə bağlı onun yaxınları və ailəsinə, Azərbaycan və Türkiyə xalqlarına başsağlığı verib.

AzVision.az


Teqlər: Natiq-Əliyev  





Xəbər lenti