Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişdi - Cədvəl

Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişdi - Cədvəl
  09 İyun 2017    Oxunub:12665
Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri ilə əlaqədar iyunun 11-dən 25-nə qədər Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
AzVision.az xəbər verir ki, barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında deyilir. Məlumata görə, hər şənbə, bazar və bayram günləri Sumqayıtdan saat 7-00-da, Bakıdan isə saat 8-15-də yola düşən 6002/6001, Sumqayıtdan saat 7-20-da, Bakıdan isə saat 9-00-da yola düşən 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

"Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.



AzVision.az


Teqlər: Bakı   Sumqayıt   qatar  





Xəbər lenti