Azərbaycanın iki universiteti dünyanın ən yaxşıları sırasında – SİYAHI

Azərbaycanın iki universiteti dünyanın ən yaxşıları sırasında – SİYAHI
  08 İyun 2017    Oxunub:8609
2018-ci il üçün QS dünya universitetlərinin tərtib etdiyi yeni reytinq cədvəli açıqlanıb. AzVision.az xəbər verir ki, siyahıya Azərbaycandan Bakı Dövlət Universiteti və Xəzər Universiteti düşə bilib.
Xəzər Universiteti reytinqdə 701-750-ci yerlərdə qərarlaşıb. Xəzər Universiteti ötən illə müqayisədə siyahıda yerini qoruyub.

Bakı Dövlət Universiteti reytinq-siyahıda 801-1000-ci yerlərdə qərarlaşıb. BDU ötən ilki reytinq siyahısı ilə nisbətdə 100 pillə geriləyib.

Reytinqdə ilk onluqda 5 ABŞ Universiteti, 4 Böyük Britaniya və bir İsveçrə Universiteti qərarlaşıb.

Dünyanın ən yaxşı universitetlərinin ilk onluğuna bu təhsil ocaqları daxil olub:

1. Massasuçes texnologiyalar İnstitutu

2. Stanford Universiteti

3. Harvard Universiteti

4. Kaliforniya Texnologiya İnstitutu

5. Kembridc Universiteti

6. Oksford Universiteti

7. London Kollec Universiteti

8. London Kral Kolleci

9. Çikaqo Universiteti

10. İsveçrə federal texnologiya Universiteti

Universitetlərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Universitetlər   QS  





Xəbər lenti