SOCAR-ın anbarlarında nə qədər qaz var?

SOCAR-ın anbarlarında nə qədər qaz var?
  08 İyun 2017    Oxunub:1880
SOCAR tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılması istiqamətində tədbirlər davam etdirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, bununla paralel olaraq, cari ilin aprel ayından "Azneft" İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarlarına 2017-2018-ci il üzrə payız-qış mövsümü üçün təbii qazın vurulmasına başlanılıb.

Mövcud qrafikə uyğun olaraq, artıq iyunun 1-dək yeraltı qaz anbarlarına 547 mln. kubmetr həcmində "mavi yanacaq" vurulub. Bu həcmin 255,5 mln. kubmetri "Qaradağ", 291,5 mln. kubmetri isə "Qalmaz" qaz anbarlarının payına düşüb.

Hazırda ötən mövsümdən qalıq qazla birlikdə yeraltı anbarlarda aktiv qazın miqdarı 1 mlrd. 334 mln. 994 min kubmetrdir.

AzVision.az


Teqlər: SOCAR   Qaz  





Xəbər lenti