İranın XİN rəhbəri Ərdoğanla danışıqlarda

İranın XİN rəhbəri Ərdoğanla danışıqlarda
  08 İyun 2017    Oxunub:1592
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın XİN rəhbərini qəbul edib.

55 dəqiqə davam edən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Görüşün detalları hələlik açıqlanmayıb.

Məlumatlara görə, İranlı nazir Qətər böhranı və regional problemləri müzakirə etmək üçün Türkiyəyə gedib.

AzVision.az


Teqlər: İran   XİN   Ərdoğan   Çavuşoğlu  





Xəbər lenti