İranlı nazir Türkiyəyə gedir - Kritik səfər

İranlı nazir Türkiyəyə gedir - Kritik səfər
  07 İyun 2017    Oxunub:1853
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü Türkiyəyə səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə diplomatik mənbəyə istinadən “NTV” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, səfər zamanı Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. Görüşdə Qətər ətrafında mövcud olan böhran və regional problemlər müzakirə ediləcək.

Bildirilib ki, Cavad Zərifin Türkiyəyə səfəri gözlənilməz olub.

AzVision.az


Teqlər: İran   Türkiyə  





Xəbər lenti