Parisdə Vaqif Səmədoğlunun xatirə gecəsi keçirilib - Fotolar

Parisdə Vaqif Səmədoğlunun xatirə gecəsi keçirilib - Fotolar
  07 İyun 2017    Oxunub:7310
6 iyun Parisdə görkəmli mütəffəkir, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad olunub.
Paris Azərbaycan Evindən (PAE) AzVision.az-a verilən xəbərə görə, PAE və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə təşkil olunmuş xatirə gecəsində, şairin fransız dilinə tərcumə olunmuş "Bir gün təbəssüm olmuşdum" adlı şerlər toplusu təqdim olunub.



Xatirə gecəsi Parisdə yerləşən Azərbaycan Mədəniyyət mərkəzində keçirilmişdir. Tədbiri Paris Azərbaycan Evinin sədri Azərbaycanın Dostları Assosiyasiyasıının baş katibi Mirvari Fətəliyeva açaraq ilk öncə təşkilatın fəaliyyəti və tədbirin məqsədi barədə qonaqlara məlumat verib.



O, Vaqif Səmədoğlunun Azərbaycan poeziyasında özunəməxsus yer tutduğunu, atasi, məşhur söz ustası Səməd Vurğunun poeziyasından qaynaqlansa da belə onun şer tərzini təkrarlamayaraq yeni bir tərz yaradıcısı oldugunu vurğulanıb. Daha sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Vaqif Səmədoğlunun sovet dövründə yaşayıb yaratmasına baxmayaraq öz şeri ilə maneələri aşaraq, fikrini hər zaman ifadə etməyi bacardığını və məhz buna görə xalqın geniş rəğbətini qazandığını deyib.



Səfir, şairin məşhur « Doğuldum 1939-da, 1937-də tutuldum » misralarını misal gətirərək onun hər zaman xalqının azadlığa qovuşacağı arzusu ilə yaşayıb yaratdığını deyib. Gecədə bir çox fransız incəsənət xadimləri, şairlər, yazıçı-publisistlər, jurnalistlər iştirak ediblər. Şairin yaradıcılığı ilə tanış olan yazıçı, publisist Jan Pyer Alali Azərbaycan poeziyası, görkəmli xadimləri və Vaqif Səmədoğlunun şerləri haqqında təəsüratlarını tamaşaçılarla bölüşüb.



Daha sonra tarixçi, şair, 25 ildən artıq poeziyaya həsr olunmuş radio programının müəllif və aparıcısı olan Paskal Payen-Appenzeller çıxışını dahi Nizaminin misraları ilə başlayaraq hər birimizin öz mədəni sərvətimizin daşıyıcısı olduğumuzu və Vaqif Səmədoğlunun da məhz əcdadlarından miras qalan bir vergisi olduğunu deyib. Şerlərinin dərin fəlsəfi mənasi ilə bizi inam axtarışına, səyahətə, şəfqət və yaxşılığa çağırdığını söyləmişdir. Şairin sənətinə heyran olan Payen Appenzeller hətta yaxin zamanda canlandırdığı poeziya verilişlərindən birini Vaqif Səmədoğluna həsr edəcəyini bildirib.



Şairin həyat yoldaşı, Səməd Vurğun ev muzeyinin direktoru Nüşabə Vəkilova şairlə bağlı xatirələrini bölüşüb, onun həyat və yaradıcılıq yolundan, yaşadığı dövrün çətinliklərinə baxmayaraq daxili azadlıq səsini, demokratik düşüncələrini özünəməxsus üslübda qələmə aldığını və hər zaman sevilə-sevilə oxunduğunu qeyd edib. Nüşabə Vəkilova şairin fransızca dərc olunmuş şerlər toplusunun ərsəyə gəlməsində əvəzsiz rolu olan tərcüməçi Aliyə Səmədovaya dərin təşəkkürünü bildirib.



Xatirə gecəsi boyunca şairin həyat və yaradıcılğından söhbət açılmlş, şerləri və sözlərinə yazılmış mahnıları səsləndirilmiş, şairə həsr olunmuş film izlənilib. Gecə Azərbaycan və həmçinin Avropa klassik bəstəkarların musiqisindən və ibarət olan genc pianoçu Vurğun Vəkilovun ifasında konsert proqramı ilə sona çatıb.







AzVision.az



Teqlər: Paris  





Xəbər lenti