Tehran metrosunda qəza - 50 nəfər yaralanıb

Tehran metrosunda qəza - 50 nəfər yaralanıb
  07 İyun 2017    Oxunub:2414
Tehran metrosunda iki qatarın toqquşması nəticəsində 50-yə yaxın sərnişin xəsarət alıb.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Tehran metropolitenin mətbuat xidmətinin nümayəndəsi Ehsan Mokəddəm bildirib ki, tuneldən çıxan qatar “Taraşt” stansiyasında dayanmış digər qatarla toqquşub.

Qəza nəticəsində yaralanan sərnişinlər xəstəxanalara yerləşdiriliblər.

AzVision.az


Teqlər: İran   Metro   Qəza  





Xəbər lenti