Ötən gün 77 cinayət faktı qeydə alınıb

Ötən gün 77 cinayət faktı qeydə alınıb
  06 İyun 2017    Oxunub:854
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 77 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs   Kriminal  





Xəbər lenti