Binəli Yıldırım alman nazirlə görüşdən imtina etdi

Binəli Yıldırım alman nazirlə görüşdən imtina etdi
  05 İyun 2017    Oxunub:1517
Türkiyənin Baş naziri Binəli Yıldırım ölkəsində səfərdə olan Almaniyanın xarici işlər naziri Ziqmar Qabriellə görüşü ləğv edib.
AzVision.az xəbər verir ki, bu barədə “Cumhuriyyet” qəzeti baş nazirin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb Baş nazirin iş qrafikinin sıx olması göstərilib.

Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Almaniya millət vəkillərinin İncirlik bazasına səfər etməsinə icazə verilməyib. M. Çavuşoğlu bildirib ki, hazırda İncirlik deyil, Konyadakı NATO bazasına səfər etmək mümkündür.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   Almaniya  





Xəbər lenti