Rusiyada sorğu: Azərbaycan dostumuz, Almaniya düşmənimizdir - (VİDEO)

Rusiyada sorğu: Azərbaycan dostumuz, Almaniya düşmənimizdir - (VİDEO)
  05 İyun 2017    Oxunub:4289
Rusiya vətəndaşları Belarus, Çin, Qazaxıstan, Suriya, Hindistan, Ermənistan, Kuba, Özbəkistan, Tacikistan və Azərbaycanı ölkələrinin ən yaxın dostu hesab edirlər.
AzVision.az xəbər verir ki, bunu “Levada-Çentr”-ın keçirdiyi rəy sorğunun nəticələri göstərir.

Sorğunun nəticələrinə əsasən ruslar öz ölkələrinin ən böyük düşməni olaraq ABŞ, Ukrayna və Almaniyanı görürlər.

Bundan əlavə, sorğuda iştirak edən ölkələr Rusiyanın dostu olmayan dövlətlər siyahısında Latviya, Litva, Polşa, Estoniya, Böyük Britaniya, Gürcüstan və Fransanın da adını çəkir.

Rəyi soruşulanların 21%-i hazırda Moskva və Vaşinqton arasında əlaqələrin yaxşı, 17%-i isə pis istiqamətdə getdiyini düşünür.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Azərbaycan   Rusiya   ABŞ  





Xəbər lenti