Novruz Məmmədov: “Trampın əməkdaşlıq prinsiplərini bəyənirik”

Novruz Məmmədov: “Trampın əməkdaşlıq prinsiplərini bəyənirik”
  05 İyun 2017    Oxunub:2225
"Azərbaycan-ABŞ əlaqələrində yeni səhifənin açılması üçün böyük imkan var"
Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

"Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var. Buna ən mühüm sübutlardan biri kimi Donald Trampın Azərbaycan Prezidentinə son iki həftədə iki məktubunu göstərmək olar. Bu məktublarda münasibətlərdə yeni səhifənin açılması üçün nə qədər imkanların olduğu görünür"-deyə N.Məmmədov vurğulayıb.

Prezidentin köməkçisi Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika zirvə toplantısının keçirildiyini xatırladaraq ABŞ Prezidentinin sammitdəki çıxışına münasibət bildirib.

"Donald Tramp çıxışında bundan sonra ABŞ-ın dünya ölkələri ilə əməkdaşlıq prinsiplərini ortaya qoydu. Biz bu prinsipləri bəyənirik, neçə illərdir bəyan edirik ki, münasibətlərdə bu prinsiplər əsas götürülməlidir. Bu prinsiplərə əməl edilsəydi, bugünkü gərginlik də olmazdı, ölkələr arasında dostluq, əməkdaşlıq, tərəfdaşlıq əlaqələri daha uğurla davam edərdi. Düşünürəm ki, belə bir perspektiv var, biz bu perspektivlərlə bağlı lazımı addımlar atırıq".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Azərbaycan   ABŞ   Novruz-Məmmədov  





Xəbər lenti