Kanalda batan 10 yaşlı uşağın meyiti tapıldı

Kanalda batan 10 yaşlı uşağın meyiti tapıldı
  04 İyun 2017    Oxunub:1743
İyunun 3-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Muğan kanalının Saatlı rayonunun, Qaralar kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 120 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Bu gün 2007-ci il təvəllüdlü, Fərəcov Etibar Ramin oğlunun cəsədi, ”Salyan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən batdığı yerdən 3 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 12:54-də başa çatıb.

AzVision.az


Teqlər: FHN   Meyit   Kanal  





Xəbər lenti