NATO genişmiqyaslı təlimlərə başlayıb

NATO genişmiqyaslı təlimlərə başlayıb
  03 İyun 2017    Oxunub:2111
NATO Latviyada “Saber Strike 2017” beynəlxalq hərbi təlimlərinə başlayıb.
TASS xəbər verir ki, təlimlərdə İtaliya, Norveç, Litva, Böyük Britaniya, Polşa, Slovakiya, ABŞ və Latviyanın özündən 2 mindən çox hərbçi iştirak edəcək.

Təlimlərin başlanması ilə bağlı mərasim Adajidəki hərbi poliqonda baş tutub.

Mərasimdə ölkənin Milli Silahlı Qüvvələrinin komandanı Leonids Kalnınş da iştirak edib. Təlimlər iyunun 15-də başa çatacaq.

AzVision.az


Teqlər: NATO   Təlim  





Xəbər lenti