Qarabağ atı Formula1 yarışını izləməyə çağırır - Video

Qarabağ atı Formula1 yarışını izləməyə çağırır - Video
  02 İyun 2017    Oxunub:2699
Red Bull komandası qarşıdakı Azərbaycan Qran Prisi üçün maraqlı bir süjet hazırlayıb.
AzVision.az xəbər verir ki, artıq 20 gündən sonra Formula1 üzrə Dünya Çempionatının bütün iştirakçıları ölkəmizdə olacaqlar. Dünyanın ən sürətli sürücüləri ən bahalı maşınların sükanları arxasında gözəl Bakımızın küşələrində birincilik uğurunda mübarizə aparacaqlar.

Çempionatda iki komandası ilə təmsil olunan Red Bull şirkəti qarşıdakı yarış üçün maraqlı çağırışı videosu təqdim edib. Videoda ön plana çıxarılan ölkəmizin sürət simvolu Qarabağ atı Red Bull komandasının RB13 maşını ilə xəyalən yarışır. Sonda isə bütün sürətsevərlər yarışı izləməyə dəvət olunurlar.

“Hər bir Azərbaycanlı həyatında heç olmasa bir dəfə qarabağ atları haqqında eşidib. Bu dözümlü və çox zərif atlar – ölkəmizin qürurudur. Onlar bizim tariximizdir.

Bu at cinsi zəngin xanların vaxtlarından Azərbaycanın simvolu olub. Onlar bu atları Allahın hədiyyəsi hesab edirdilər. Xanlar bu at cinsini yüksək qiymətləndirir və yalnız böyük minnətdarlığın əlaməti kimi hədiyyə edirdilər. Xanlar ölkədən qaçışdan öncə öz sevimlilərini hamıya hədiyyə edtikdə, bu atları kütləvi şəkildə Azərbaycandan Rusiyaya çıxardıqda, və ya, müharibə başlayanda və Ağdamda əsas atçılıq zavodu işğal edilən anlarda onlar bizim qürurumuz idilər. Bu at cinsi bütün dünyada aparıcı sərgilərdə Azərbaycanı təqdim edərək, ürəklərimizi bu gün də titrəməyə məcbur edir.

Bu atlar alicənablığı və dözümlüyü, zərifliyi və sürəti təcəssüm edirlər. Onlar, bu gün yalnız öz tarixini qoruyan yox, həm də yenisini yaradan Azərbaycanı təmsil edirlər.

25 iyun, yeni tarixin yazılacağı anı qaçırmayın…”. Maraqlı alınmış videonu sizə təqdim edirik:



AzVision.az



Teqlər: Formula-1  





Xəbər lenti