Gəncədə gənclər mükafatalandırıldı - Fotolar

Gəncədə gənclər mükafatalandırıldı - Fotolar
  02 İyun 2017    Oxunub:2790
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr etdiyi silsilə tədbirlərin mükafatlandırma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Kapital Bankın və ABC (eybisi)-telekom şirkətinin dəstəyi, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin təşkil etdiyi tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə, millət vəkili Mirkazım Kazımov, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, partiya fəalları və tələbə-gənclər iştirak ediblər. Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin fəal üzvlərinin ümummilli liderin ən çox sevdiyi, xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirinə çəkdiyi videoçarx nümayiş olunub.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq, bildirib ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirib, fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. Elmar Vəliyev ulu öndərin yüksək ideallarına daim sadiq qalan gəncəlilərin dahi rəhbərin 94-cü ildönümünü böyük coşqu ilə qeyd etdiklərini diqqətə çatdırıb.



YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov çıxış edərək, bildirib ki, 40 min nəfərə yaxın üzvü birləşdirən YAP Gəncə şəhər Təşkilatının ulu öndərin 94-cü ildönümü münasibəti ilə təşkil etdiyi turnir və yarışların qaliblərinin mükafatlandırma tədbirində iştirak etdiyim üçün çox şadam. Gəncə gənclərinin qabiliyyətləri, bacarıqları ilə yaxından tanışam. Onlar milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq ölkənin sosial-iqtisadi, elmi intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verirlər. “Bu gün Heydər Əliyev ideyaları, vətənpərvərliyi, mərdliyi, xalqımızın rifahı naminə məqsədyönlü, qətiyyətli, siyasi mübarizliyi hər birimiz üçün nümunədir. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının əbədiyaşar lideri kimi daim qəlbimizdə yaşayacaq. Azərbaycan gəncliyi ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşir, onun genişmiqyaslı fəaliyyətini yekdilliklə dəstəkləyir və sürətli inkişafda pay sahibi olmağı özlərinə borc bilirlər. Məhz buna görə də, onlar, qüvvə və bacarıqlarını birləşdirir, işıqlı amallar, vahid məqsəd uğrunda əzmkarlıq və qətiyyətlə mübarizə aparır, ideya və təşəbbüslərini, dəyərli layihələrini, arzu və istəklərini reallaşdırırlar” - AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev bildirib.



YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev əldə olunan uğurlara, qazanılan qələbələrə görə ölkə Prezidenti cənab İlham Əliyevə, hər bir Gəncə sakininə göstərdiyi diqqətə və dəstəyə görə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə təşəkkürünü bildirib. Millət vəkili qeyd edib ki, Yeni Azərbaycan Partiyasının memarı, müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi ərəfəsində YAP Gəncə şəhər Təşkilatında ənənəvi olaraq, coşqu və təntənə yaşanıb. Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə keçirilən tədbirlərdə ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərləri, fəalları, təşkilatçılar, tələbə-gənclər dahi şəxsiyyət Heydər Əliyev ənənələrinə sonsuz sədaqət, məhəbbət, yüksək vətənpərvərlik, coşqu, işgüzarlıq, hərtərəfli bilik, intellekt və bacarıq nümayiş etdiriblər.
Sonra ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə keçirilən silsilə tədbirlərin - futzal, şahmat turnirləri, bilik yarışı qaliblərinin mükafatlandırma mərasimi olub, I və II yerləri bölüşdürən komandalar Fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər.

Qeyd edək ki, Olimpiya sisteminə uyğun olaraq, keçirilən şahmat turnirində Gəncə Dövlət Universitetinin komandası I, Azərbaycan Dövlət Aqrar Universitetinin komandası II, “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışında Azərbaycan Dövlət Aqrar Universitetinin komandası I, Gəncə Regional Kollecinin komandası II, Futzal turnirində Gəncə Dövlət Universitetin komandası I, Azərbaycan Texnologiya Universitetinin komanadası II yerə sahib olublar. YAP Gəncə şəhər Təşkilatı hər zaman qocaman, ağbirçək partiya üzvlərinə xüsisi diqqət və qayğı ilə yanaşır. Şəhərin səhiyyə sahəsində və partiya həyatındakı xidmətlərinə görə 70 yaşlı Durna Dəsdiyə Fəxri fərman, qiymətli hədiyyə və gül dəstəsi təqdim edilib.
YAP Gəncə şəhər Təşkilatının fəal gənclərindən olan Hüseynağa Hüseynov da mükafata layiq görülüb. Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə təntənəli şəraitdə üzvlük vəsiqələri təqdim olunub.

AzVision.az


Teqlər: Gəncə  





Xəbər lenti