Bank sektorunun göstəriciləri açıqlanıb

Bank sektorunun göstəriciləri açıqlanıb
  02 İyun 2017    Oxunub:1276
Azərbaycanda fəaliyyət göstərən 32 bankın 30 aprel tarixinə cəmi aktivləri 30,779.2 milyon manat, cəmi öhdəlikləri 28,031.6 milyon manat təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Bildirilib ki, sektorun balans kapitalı 2,747.6 milyon manatdır. Əhalinin əmanətləri 6,847.5 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 140, POS-terminalların sayı 2,493-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,214 nəfər təşkil edir.

Bu ilin 30 aprel tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

Cədvələ BURADAN baxa bilərsiniz.


Teqlər: Bank  





Xəbər lenti