Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib

Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib
  01 İyun 2017    Oxunub:716
Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində 2017-ci il üçün imzalanan birgə tədbirlər planına əsasən mayın 31-də Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Ədliyyə polkovnik-leytenantı, kriminalist İsrail Əsgərov hərbi dənizçilər qarşısında çıxış edərək, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət hadisələrinin təhlili və nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi və digər məsələlərdən danışıb.

Görüş zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və hərbi qulluqçuları maraqlandıran bir sıra suallar cavablandırılıb.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti