İlham Əliyev yeni gəmilərin istismara verilməsi mərasimində - FOTOLAR

İlham Əliyev yeni gəmilərin istismara verilməsi mərasimində - FOTOLAR
  31 May 2017    Oxunub:2674
Mayın 31-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının “Cəbrayıl” və “Qubadlı” yeni təchizat gəmilərinin istismara verilməsi mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Qubadlı” və “Cəbrayıl” təchizat gəmilərinin texniki göstəriciləri, təyinatı barədə dövlətimizin başçısına məlumat verdilər.

Bildirildi ki, hər iki gəmi SOCAR-ın dəniz obyektlərinə xidmət edən köhnə gəmiləri əvəzləyəcək. Gəmilərdən biri SOCAR-a məxsus “28 May”, digəri isə “Ümid” yatağındakı platformalara xidmət göstərəcək.

AzVision.az

Qalereya




Teqlər: İlham-Əliyev  





Xəbər lenti