Rusiya İŞİD-in mövqelərini bombaladı

Rusiya İŞİD-in mövqelərini bombaladı
  31 May 2017    Oxunub:1132
Rusiyanın Aralıq dənizində yerləşən “Admiral Essen” freqatı və “Krasnodar” sualtı qayığı Suriyanın Palmira yaxınlığında yerləşən İŞİD mövqelərinə “Kalibr” tipli dörd qanadlı raket zərbələri endirib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, raket zərbələrinin endiriləcəyi ilə bağlı ABŞ, Türkiyə və İsrail komandanlıqlarına əvvəlcədən xəbərdarlıq edilib. Bütün raketlər hədəfə tuş gəlib. Rusiya müdafiə naziri Sergey Şoyqu hadisə barədə prezident Vladimir Putinə məruzə edib.

Qeyd edək ki, prezident Vladimir Putin Suriyadakı addımlarının məqsədinin terrorçuların Rusiya ərazisinə qayıtmasına imkan verməmək olduğunu bildirib.

AzVision.az



Teqlər: Rusiya   Suriya   İŞİD  





Xəbər lenti