ABŞ Ərdoğanın düşmənlərini silahlandırır

ABŞ Ərdoğanın düşmənlərini silahlandırır
  31 May 2017    Oxunub:1084
ABŞ “Suriya Demokratik Qüvvələri” adlandırdığı (Syrian Democratic Forces, SDF) PYD, YPG kürd terror qruplaşmalarına silah, habelə nəqliyyat vasitələri də daxil olmaqla hərbi texnika tədarük etməyə başlayıb.
AzVision.az xəbər verir ki, bu məlumatı “RİA Novosti”yə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Edrian Renkayn-Qellouey təsdiqləyib.

“ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın kürd qüvvələri üçün avadanlıqların tədarükünə başlayıb. İlk olaraq odlu atıcı silahlar və nəqliyyat vasitələri tədarük edilir”, - deyə o bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   PKK   PYD   YGP  





Xəbər lenti