11 yaşlı qız ona təcavüz edən kişi ilə evlənib

11 yaşlı qız ona təcavüz edən kişi ilə evlənib
  30 May 2017    Oxunub:12132
ABŞ-ın Florida ştatında bir qadın 11 yaşında təcavüzə məruz qaldığı kişi ilə evlənib. Şerri Conson adlı qadın illər sonra başına gələn olayın detallarını açıqlayıb.
AzVision.az xarici mətbuata istinadən bildirir ki, Şerri Conson ailəsi ilə birlikdə getdiyi kilsədə 4 dəfə zorlanıb. 10 yaşında hamilə qaldıqda isə ailəsinin istəyi ilə ona təcavüz edən, özündən yaxşca böyük şəxslə evlənib.

9 uşağı olan Conson onlara baxa bilmək üçün məktəbə getməyib. Consonun hekayəsi Floridada uşaq evliliklərinin qadağan edilməsi ilə bağlı qanun layihəsinin hazırlanmasına təkan verib. Lakin qanun layihəsi üst komitəyə qədər çıxa bilməyib.

2011-ci ildə aparılan araşdırmaya əsasən ABŞ-da 16 yaşından aşağı evləndirilən qızların sayı 9,4 milyondur. Həmin araşdırma nəticəsində məlum olub ki, qadınların böyük əksəriyyəti psixoloji problemlərə görə müalicə olunur.

Aytən Zəhra
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti