İraqda 2-ci partlayış: 7 ölü, 30 yaralı

İraqda 2-ci partlayış: 7 ölü, 30 yaralı
  30 May 2017    Oxunub:1949
İraqın paytaxtı Bağdadın mərkəzində törədilən partlayış nəticəsində azı 7 nəfər ölüb, 30 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə “Al-Jezeera” kanalına yerli təhlükəsizlik xidməti və şahidlər bildiriblər. Partlayış Əş-Şuhadaa körpüsünün yaxınlığında avtomobilə qoyulan bombanın partlaması nəticəsində olub.

Ərazi polis tərəfindən mühafizə olunur. Yaralılar dərhal xəstəxanaya aparılıb.

Qeyd edək ki, bu gün Bağdadın mərkəzində dondurma dükanının yaxınlığında baş verən partlayış nəticəsində 13 nəfər ölüb, 30 nəfər isə yaralanmışdı. Terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

AzVision.az


Teqlər: İraq   terror  





Xəbər lenti