Bakıda 30 min nəfər F1-i izləyəcək

Bakıda 30 min nəfər F1-i izləyəcək
  30 May 2017    Oxunub:1154
"Bu günə qədər Formula 1 üzrə Azərbaycan Qran Prisi üçün 57 fərqli ökədən bilet alınıb".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya direktoru Bülent Özerdim bildirib.

Özerdimin sözlərinə görə, bilet alan ölkələr sırasında ilk yerləri Rusiya, İngiltərə, Ukrayna, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri tutur.

Ümumilikdə Bakı Qran Prisinə 30 min tamaşaçının gələcəyi gözlənilir:
"Azərbaycan Qran Prisinə 4 həftə qalmış Filarmoniya bağı tərəfində olan tribunanın biletləri tamamilə satılıb. İçərişəhər tribunalarının biletləri də çox az qalıb. Bu il iki yeni tribuna da əlavə edilib. Bunlar Sahil bağı və Sabir bağıdır. Keçən ilə nəzərən bu il izləyicilərin sayı daha çox olacaq".
Xatırladaq ki, Azərbaycan Qran Prisi 23 - 25 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: F1  





Xəbər lenti