İcra hakimiyyətindən oğurluq edildi

İcra hakimiyyətindən oğurluq edildi
  30 May 2017    Oxunub:1420
Ağdaş Rayon İcra Hakimiyyətinin binasından 5 ədəd kondisioner oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2016-cı ilin dekabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin (köhnə) inzibati binasından 5 ədəd kondisioner oğurlanıb.

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Səbuhi Mustafayev tutulub.

Ətrafında aparılan tədbirlərlə onun carı ilin fevral və mart aylarında rayon ərazisindəki 2 evdən 150 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti