İlham Əliyev Statoilin vitse-prezidentini qəbul edib
Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxer Respublika Günü münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin önəmini qeyd edən Lars Kristian Baxer şirkətin nümayəndə heyətinin bu tədbiri səbirsizliklə gözlədiyini deyib.
Statoil şirkətinin SOCAR ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayan Lars Kristian Baxer şirkətin “Azəri-Çıraq-Günəşli” layihəsində iştirakından böyük məmnunluq hissi keçirdiklərini söyləyib. Görüşdə Azərbaycan ilə Statoil şirkəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: İlham-Əliyev