Cocuq Mərcanlıda tikinti işləri başa çatıb

Cocuq Mərcanlıda tikinti işləri başa çatıb
  30 May 2017    Oxunub:3807
“Cocuq Mərcanlıda mənzillərin və məktəbin tikintisi tam başa çatıb. İnfrastruktur qurulub, bütün işlər yekunlaşıb. Yeni məscid binasında isə son tamamlama işləri aparılır”.
Bunu AzVision.az-a Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib.

Komitə rəsmisi bildirib ki, Cocuq Mərcanlıda salınan yeni qəsəbədə açılış mərasiminin nə vaxt olacağı hələki müəyyən edilməyib.

E.Qədimov, həmçinin qeyd edib ki, 250-ə yaxın ailə Cocuq Mərcanlıya köçmək üçün müraciət edib.

Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Cocuq-Mərcanlı  





Xəbər lenti