Paytaxtın bəzi yerlərində su olmayacaq

Paytaxtın bəzi yerlərində su olmayacaq
  30 May 2017    Oxunub:1312
Ceyranbatan-Maştağa sağ magistral su xəttinin Saray qəsəbəsi ərazisindən keçən hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Bakının bir neçə hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə AzVision.az-a “Azərsu”nun İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat verilib.

“Bu gün 24 saat müddətinə Saray, Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Digah, Maştağa, Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran, Ramana, Bakıxanov və Sabunçu qəsəbələrinin, həmçinin bağ massivlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər: Azərsu  





Xəbər lenti