Türkiyədə baş redaktor qətlə yetirilib

Türkiyədə baş redaktor qətlə yetirilib
  30 May 2017    Oxunub:1316
Türkiyədə “Yeni Akt” qəzetinin baş redaktoru Kadir Dəmirəl qətlə yetirilib.
AzVision.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, hadisə İstanbulda ailə münaqişəsi zamanı baş verib.

Məlumata görə, baş redaktorun qızı Əsma və kürəkəni Cəmil Yavuz Qərənfil arasında mübahisə baş verib. Mübahisə dava ilə nəticələnib. Münaqişə zamanı kürəkən qayınatasına və həyat yoldaşına bıçaqla zərbə endirib.



Nəticədə baş redaktor ölüb, qızı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qətli törədərək hadisə yerindən qaçan Cəmil Yavuz Qərənfil bir müddət sonra polisə təslim olub.

AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti