Elman Rüstəmovdan mühüm açıqlama: “Manat ucuzlaşmayacaq”

Elman Rüstəmovdan mühüm açıqlama: “Manat ucuzlaşmayacaq”
  30 May 2017    Oxunub:10989
“Bu ilin sonuna qədər manatın məzənnəsində ciddi dəyişiklik gözləmirik”. AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
AMB-nin sədri bildirib ki, 2017-ci ilin əvvəlindən Azərbaycan manatı 4 faiz möhkəmlənib.

“Azərbaycan manatının məzənnəsi 5 aydır ki, üzən rejimdə müəyyən edilir. Özünün ən pis göstəricisindən bu yana manat 11 faiz möhkəmlənib. Hazırda manatın məzənnəsi üçün təhlükə yoxdur"-E.Rüstəmov deyib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Mərkəzi-Bank   Elman-Rüstəmov   Manat  





Xəbər lenti