Moskvada qasırğa faciəsi - Ölü sayı 16-ya çatdı (VİDEO)

Moskvada qasırğa faciəsi - Ölü sayı 16-ya çatdı (VİDEO)
  30 May 2017    Oxunub:8382
Moskvada baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı artır. AzVision.az xəbər verir ki, Rusiya Tədqiqat Komitəsinin yaydığı son məlumata görə, güclü qasırğa 16 nəfərin ölümünə səbəb olub. Yaralıların sayının dəqiqləşdirildiyi bildirilir. Ölü sayının artacağı istisna edilmir.
***

Moskvada güclü qasırğa nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Rusiya Tədqiqat Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun verdiyi məlumata görə, 11 nəfərin paytaxtda, 3 nəfərin isə Moskva vilyətində həlak olması barədə məlumat daxil olub.

***

Moskvada güclü qasırğa nəticəsində 150-dən çox insan xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun yaralılardan 20-sinin uşaq olduğunu bildirib.

“Ümumilikdə 168 nəfər xəstəxanaya müraciət edib. Qasırğa nəticəsində ölənlərin sayı 11 nəfərdir".

Hazırda 150 nəfərin xəstəxanada həkim nəzarətində olduğu deyilir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Moskva   Qasırğa  





Xəbər lenti