Lerikdə 3 geyim mağazası yanıb

Lerikdə 3 geyim mağazası yanıb
  30 May 2017    Oxunub:1146
Lerik rayonunda mərkəzi bazarın ərazisində bir dam altında tikilmiş, ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 73 m2 olan 3 geyim mağazalarının yanar konstruksiyaları yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bitişik mağazalar yanğından mühafizə olunub.

Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Lerik   Yanğın  





Xəbər lenti