Bu gün 32 dərəcə isti olacaq

Bu gün 32 dərəcə isti olacaq
  30 May 2017    Oxunub:998
Bu gün Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 15-18° isti, gündüz 24-29° isti, Bakıda gecə 15-17° isti, gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-19° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər: Hava   Proqnoz   İsti   Duman   Yağış  





Xəbər lenti