Xırdalanda yanğın olub

Xırdalanda yanğın olub
  30 May 2017    Oxunub:1409
Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 74 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 25 m2 sahədə yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Xırdalan   Yanğın   FHN  





Xəbər lenti