Moskvada güclü qasırğa - 11 ölü (Yenilənib)

Moskvada güclü qasırğa - 11 ölü (Yenilənib)
  30 May 2017    Oxunub:3350
Moskvada qasırğa nəticəsində 11 nəfər həlak olub, 70 adam yaralanıb. Bu barədə Moskvanın Səhiyyə Departamenti məlumat yayıb.
Həlak olanlar güclü küləyin yıxdığı ağacların altında qalıblar, daha bir nəfər isə dayanacağın aşması nəticəsində həlak olub.

Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları və ağacların aşması şəxsi avtomobillərin zədələnməsinə səbəb olub.

***
Bu gün Moskvada 7 nəfər qasırğa nəticəsində həyatını itirib.

RİA "Novosti" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəhbəri Yuliya İvanova məlumat verib.

"Moskvanın şimal-şərqində, cənub-qərbində və şərqində qasırğa nəticəsində ağaclar yaxınlıqdan keçən sakinlərin üzərinə aşıb. Aldığı xəsarətlərdən 6 nəfər hadisə yerində ölüb. Bundan əlavə, elə həmin gün güclü külək nəticəsində Kirovoqradsk küçəsində dayanacağın konstruksiyası qırılıb. Nəticədə, yaşlı kişi hadisə yerində ölüb", - deyə İvanova bildirib.

AzVision.az


Teqlər: Moskva   Qasırğa  





Xəbər lenti