81 saylı avtobusda daha bir ölüm

81 saylı avtobusda daha bir ölüm
  29 May 2017    Oxunub:3815
Avtobusdan yıxılmış paytaxt sakini ölüb.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadın bildirir ki, mayın 26-da paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi "Daevoo" markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb.

Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb.

AzVision.az


Teqlər: DİN   Avtobus  





Xəbər lenti