Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - (FOTOLAR+VİDEO)

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - (FOTOLAR+VİDEO)
  29 May 2017    Oxunub:15308
Silahlı Qüvvələrin 2017-cı il üçün hazırlıq planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilir.

Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən, atəşin korrektə edilməsi üçün isə pilotsuz uçuş aparatlarından istifadə edilir.



AzVision.az

Qalereya




Teqlər: Müdafiə-Nazirliyi   Təlim  





Xəbər lenti