APA TV-nin 4 yaşı tamam olur

APA TV-nin 4 yaşı tamam olur
  29 May 2017    Oxunub:1269
Azərbaycanın internet məkanında özünəməxsus yeri olan APA TV-nin efir həyatına başlamasından 4 il ötür.
2013-cü il mayın 29-da internet üzərindən canlı yayıma başlayan APA TV bir çox ilklərə imza atmağı bacarıb.

“APA Holding”in tərkibinə daxil olan televiziya gündə 14 saat canlı yayımlanır, ictimai-siyasi, iqtisadi, sosial, dini, mədəni mövzulara həsr olunmuş onlarla veriliş tamaşaçılara təqdim olunur.

Analoq televiziya formatında fəaliyyət göstərən APA TV Azərbaycanın internet məkanında geniş auditoriyaya sahibdir.

Kanalın bölgələrdə və ölkə hüdudlarından kənarda müxbir postları fəaliyyət göstərir.

Ad günün mübarək, APA TV!




Teqlər:





Xəbər lenti