Putin Parisə gedir

Putin Parisə gedir
  29 May 2017    Oxunub:1304
Rusiya prezidenti Vladimir Putin mayın 29-da Parisə səfər edəcək.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, səfər Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutacaq.

Məlumata görə, prezidentlər Versal sarayında keçiriləcək görüşdə ikitərəfli münasibətləri, Ukrayna və Suriya böhranının nizamlanmasını, habelə digər beynəlxalq problemləri müzakirə edəcəklər.

Səfər çərçivəsində iki liderin tanışlığı, onların məhdud tərkibdə qeyri-formal danışıqları, daha sonra isə geniş tərkibdə görüş planlaşdırılır.

AzVision.az



Teqlər: Rusiya   Putin   Fransa   Makron  





Xəbər lenti