Bakıda torpaq neçəyədir? - VİDEO

Bakıda torpaq neçəyədir? - VİDEO
  29 May 2017    Oxunub:2184
Adətən torpaq qiymətlərinin bahalaşdığı bu vaxtlarda əksinə gedən bir proses baş verir. Bakı və ətraf ərazilərdə torpaq qiymətlərində 5 faizədək ucuzlaşma müşahidə olunur. Mütəxəssislər bunu daşınmaz əmlak bazarında meydana gələn yeni şəraitlə izah edirlər.
Bakıda aprel-may aylarında adətən torpaq qiymətləri artdığı halda bu il qiymətlərdə enmə müşahidə edilir. Ucuzlaşma təxminən 5 faiz civarındadır. Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri Vəfadar Axundov bunun hazır evlərin qiymətinin ucuzlaşması ilə bağlı olduğunu bildirir.

Ən ucuz torpaq qiymətləri isə paytaxtın müxtəlif bölgələrində və Bakıətrafı ərazilərdə təxminən 1500-6000 manat arasında dəyişir.

Tikinti bazarında da xaricdən gətirilən materialların qiyməti baha olduğuna görə insanlar hazırda bina tikməkdən daha çox hazır ev almağa üstünlük verirlər. Vəfadar Axundov daşınmaz əmlak bazarının canlanmasını ölkə iqtisadiyyatı baxımından da vacib sayır. Çünki bu sahənin canlanması eyni zamanda sığorta, bank kimi sahələrin də inkişafı deməkdir.

Mütəxəssisin sözlərinə görə, hazırda daşınmaz əmlak bazarında nisbətən canlanma yalnız bağ evləri sahəsindədir. Digər növ daşınmaz əmlak bazarında isə hələlik ciddi dəyişiklik yoxdur. (Xəzər TV)



AzVision.az


Teqlər: Bakı   Torpaq  





Xəbər lenti