Mançesterdəki terrora görə daha bir nəfər tutulub

Mançesterdəki terrora görə daha bir nəfər tutulub
  29 May 2017    Oxunub:1129
Mançesterdə baş verən terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da "Mançester-Arena" stadionunda terror aktı ilə bağlı saxlanılanların sayı 14 nəfərə çatıb.

Saxlanılanlardan 2-si sonradan azadlığa buraxılıb. 12 nəfər isə həbsdə qalıb.

Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 75 nəfər xəsarət alıb. İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

AzVision.az


Teqlər: Mançester   Terror  





Xəbər lenti