146 nəfər təbii fəlakətin qurbanı oldu

146 nəfər təbii fəlakətin qurbanı oldu
  28 May 2017    Oxunub:1339
Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 112 nəfər itkin düşüb.

Məlumata görə, daşqınlar 500 min insanın öz evlərini tərk etməsinə səbəb olub. Təbii fəlakətlə mübarizə mərkəzinin məlumatına əsasən, 2 minə yaxın ev zərər çəkib və ya tamamilə dağılıb. Yağışların bir qədər səngiməsi zərər çəkən insanlara yardım göstərilməsinə şərait yaradıb.

Şri-Lanka artıq kömək üçün BMT və Cənubi Asiya ölkələrinə müraciət edib.

AzVision.az


Teqlər: Daşqın  





Xəbər lenti