Viləşçayda batan iki nəfərin cəsədi tapılıb - Yenilənib

Viləşçayda batan iki nəfərin cəsədi tapılıb - Yenilənib
  28 May 2017    Oxunub:4175
Masallı rayonu, Viləşçay çayında çimərkən batmış 2002-ci il təvəllüdlü Abbasov Şəmsəddin Qəhrəman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri, digər vətəndaşın cəsədi sakinlər tərəfindən tapılaraq sudan çıxarılıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, cəsədlər aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 14:52-də başa çatıb.

***

Masallıda 2 nəfər Viləşçayda çimərkən batıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Viləşçay çayının Masallı rayonu ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın axtarışlarına başlayıblar.

AzVision.az


Teqlər: FHN   Masallı   Viləşçay  





Xəbər lenti