Bakıda 4 köşk yanıb

Bakıda 4 köşk yanıb
  28 May 2017    Oxunub:1924
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 80 m² olan 4 ədəd dəmir köşkün taxta üzlüyü və içərisində məişət əşyaları 65 m² sahədə yanıb. Digər bitişik köşklər yanğından mühafizə olunub.

Yanğın saat 00:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Bakı   Yanğın  





Xəbər lenti